Çempionlar Liqası: "Bayer" və "Benfika" qalib gəldi

  • Dünən, 22:47

Çempionlar Liqasında ilk tura bu gün yekun vurulur.

Sportlife.az xəbər verir ki, Bakı vaxtıyla saat 20:45-də başlayan oyunlardan "Srvena Zvezda" - "Benfika" görüşündə Lissabon klubu ilk hissədə vurduğu qollarla rəqibini məğlub edib. Serbiya klubu ikinci hissədə vurulan qollardan birinin əvəzini çıxıb - 1:2.

"Benfika"ya qələbə gətirən qolları Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçü vurub.

Erkən başlayan digər oyunda isə ötən mövsümün ən uğurlu komandalarından olan "Bayer" səfərdə "Feyenoord"la qarşılaşıb. Leverkuzen görüşün müqəddəratını elə ilk hissədə vurduğu 4 qolla həll edib. Matçın ikinci hissəsində qol olmayıb - 0:4.

"Bayer"in qollarına Florian Virts (2), Qrimaldo və Timon Vellenroyter (öz qapısına) imza atıb.


Paylaş: