MY gənc futbolçusuyla müqavilə uzatmaq istəyir

  • Dünən, 13:46

"Mançester Yunayted" gənc futbolçusu Kobbi Maynunun müqaviləsini uzatmaq istəyir.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 19 yaşlı yarımmüdafiəçiylə uzunmüddətli yeni kontrakt imzalamağı düşünür.

Maynu ötən mövsümdən bəri MY-in əsas heyət üzvlərindən biridir. O, "mankunianlar"ın heyətində 40 oyuna çıxıb və 5 qol vurub.


Paylaş: