Baraxa getdi, Korberan gəldi
“Valensiya”nın yeni baş məşqçisi bəlli olub.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Ruben Baraxa ilə yollarını ayıran “yarasalar” onun yerinə Karlos Korberanı gətirəcək. Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanacaq.
Korberan “Vest Bromviç”i çalışdırırdı. “Valensiya” ona görə Çempionşip klubuna 3 milyon avro ödəyəcək.