"Başakşəhər" Türkiyə millisinin üzvünü transfer edir

  • Dünən, 21:13

"Başakşəhər" "Adana Demirspor"dan Yusuf Sarını heyətini qatacaq.

Sportlife.az Türkiyə mediasına istinadən xəbər verir ki, "boz bayquşlar" 26 yaşlı futbolçuyla 3.5 illik müqavilə imzalayacaq.

Y. Sarı 2022-ci ilin yayından Adana təmsilçisində çıxış edir. O, cari mövsümdə 13 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.

26 yaşlı vinger Türkiyə millisində isə 4 oyunda meydanda olub və 1 qol vurub.


Paylaş: