Fransalı "Barselona"ya önərilib

  • Dünən, 22:22

"Çelsi"nin futbolçusu Kristofer Nkunku karyerasını İspaniyada davam etdirə bilər.

Sportlife.az "SPORT" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu meneceri tərəfindən "Barselona"ya önərilib. 

Nkunku 2023-cü ilin yayından "zadəganlar"da çıxış edir. O, cari mövsümdə 25 oyunda 12 qol vurub və 4 məhsuldar ötürmə edib.

Fransalının "Çelsi" ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.


Paylaş: