Baş məşqçi postuna əsas namizəd
Dortmund "Borussiya"sı baş məşqçi postuna əsas namizədini müəyyənləşdirib.
Sportlife.az xəbər verir ki, klub rəhbərliyi "Bavariya"nın sabiq çalışdırıcısı Niko Kovaçla müqavilə imzalamaq istəyir.
İddiaya görə, bu vəzifəyə bir neçə namizədi olsa da, klubun idman departamenti Kovaç variantına meyl edir. Klubun nümayəndələri xorvatiyalı məşqçi ilə danışıqlar aparmaq üçün Zaltsburqa gəlib. Rəhbərlik Kovaçın təyinatını ən qısa zamanda yekunlaşdırmaq istəyir.
Niko Kovaçın son iş yeri "Volfsburq" olub. O, daha əvvəl "Monako", "Bavariya" və "Ayntraxt"ı çalışdırıb. Sonuncularla Almaniya Kubokuna sahib çıxıb. “Bavariya” ilə isə Bundesliqa, Almaniya Kuboku və Almaniya Superkubokunu qazanıb.