Məşhur mütəxəssis istefaya göndərilir
"Renn" baş məşqçisi Xorxe Sampaolini istefaya göndərəcək.
Sportlife.az xəbər verir ki, qərarın yaxın vaxtlarda rəsmən açıqlanacağı iddia edilir.
Klubdan getməyi planlaşdıran bir sıra futbolçular indi fasiləni gözləməyi və yeni baş məşqçinin mövqeyinin necə olacağını görməyə hazırlaşır.
Qeyd edək ki, Sampaoli "Renn"ə ötən il noyabrın 12-də baş məşqçi təyin edilmişdi.