"Beşiktaş" afrikalı hücumçunu "qaraladı"

  • Dünən, 15:35

Transfer işlərini davam etdirən Beşiktaş heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Sportlife.az xəbər verir ki, “ağ-qaralar” “Lill”in 26 yaşlı forvardı Məhəmməd Banı heyətinə qatmaq üçün danışıqlara başlayıb.

1.87 sm boya malik futbolçu ilə "Antverpen" və "İpsviç" də yaxından maraqlanır. 

Bayo bu mövsüm 18 matçda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: