
“Bavariya” gənc oyunçusuyla müqavilə uzadacaq
"Bavariya" Aleksandr Pavloviçin müqaviləsini uzatmaq istəyir.
Sportlife.az xəbər verir ki, Münhen klubu gənc yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər yeni sözləşmə imzalamağı düşünür. Tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.
20 yaşlı Pavloviç 7 yaşından bəri "Bavariya"da çıxış edir. O, başa çatan mövsümdə 25 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.