"Bayer" Bayeri istəyir

  • Bu gün, 22:38

Leverkuzen "Bayer"i "Hoffenhaym"ın hücumçusu Maksimilian Bayerlə maraqlanır.

Sportlife.az jurnalist Florian Plettenberqə istinadla xəbər verir ki, leverkuzenlilər nigeriyalı Viktor Bonifeysin gedəcəyi təqdirdə 21 yaşlı forvardı əvəzedici kimi nəzərdən keçirirlər. Bayerin müqaviləsindəki sərbəstqalma bəndi 30 milyon avrodur.

Onun "Hoffenhaym"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun dəyərini 24 milyon avro qiymətləndirir. Bu mövsüm Bayer "Hoffenhaym"da 27 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: