"Beşiktaş" "Barselona"nın futbolçusu ilə maraqlanır

  • 25 İyul 2024, 15:10

"Beşiktaş" "Barselona"nın müdafiəçisi Kleman Lanqleni icarəyə götürmək istəyir.

Sportlife.az "AS" nəşrinə istinadən xəbər verir ki, "qara qartal" katalon klubuna fransalının müdafiəçinin 6 milyon avroluq maaşının yarısını qarşılamağı təklif edib.

İstanbul klubu eyni zamanda Mario Ermoso ilə maraqlanır. Azad agent olan ispaniyalı müdafiəçiyə də 3 milyon avro məvacib təklif olunur.

"Beşiktaş" iki mərkəz müdafiəçisindən birini heyətinə qatmağa çalışacaq.


Paylaş: