
Bombardir qayıtdı
"Mançester Siti"nin hücumçusu Erlinq Holann zədədən sonra tam məşqlərə başlayıb.
Sportlife.az xəbər verir ki, norveçli futbolçu sol topuğundakı zədə səbəbi ilə sonuncu dəfə martın 30-da meydana çıxmışdı.
Bu mövsüm Holann bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.