Bu dəfə İtaliya klubuna icarəyə verildi
"Beşiktaş"ın futbolçusu Jan Onana komandadan ayrılıb.
Sportlife.az xəbər verir ki, A Seriyasında çıxış edən “Cenoa” yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb
İstanbul nəhənginin 4 milyon avroya transfer etdiyi 25 yaşlı oyunçu ötən mövsümü "Marsel"də keçirib. O, indiyədək cəmi 16 oyunda "Beşiktaş"ın formasını geyinib. Futbolçunun klubla 2027-ci ilə qədər müqaviləsi var.