Duran klubunu dəyişdi
Kolumbiyalı hücumçu Con Duran "Zenit"lə müqavilə imzalamaq üçün Sankt-Peterburqa uçub.
Sportlife.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi futbolçu və komandası "Əl-Nəsr"lə yekun razılığa gəlib.
Müqavilə şərtlərinə əsasən, forvard mövsümün sonuna qədər pulsuz icarəyə götürülür, amma yayda 35 milyon avroya məcburi satınalma bəndi ilə.
Duran sabah tibbi müayinədən keçəcək və "Zenit"lə müqavilə imzalayacaq.