Ərtuğrul Sağlamın yeni iş yeri

  • Bu gün, 17:06

Türkiyənin tanınmış məşqçisi Ərtuğrul Sağlam Belçikada işləyə bilər.

Sportlife.az "NTV Spor"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin “Anderlext”in sükanı arxasına keçəcəyi gözlənilir.

Onun Brüssel təmsilçisinin Belçika çempionatının XXIII turunda səfərdə “Standard”a 0:2 hesabı ilə uduzduğu oyunu tribunadan canlı izləməsi ehtimalları daha da artırıb. Üstəlik, həmin qarşılaşmadan sonra “Anderlext” baş məşqçisi Besnik Hasi ilə yollarını ayırıb.

Qeyd edək ki, Ərtuğrul Sağlam son olaraq ölkəsində “Kocaelispor” klubunu çalışdırıb. Mütəxəssis 2024-cü ilin dekabr ayından bəri işsizdir.


Paylaş: