Mahirin komandasında yeni hücumçu

  • Bu gün, 18:52

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Kayzerslautern" klubu qış transfer pəncərəsinin sonuncu günündə heyətini gücləndirib.

Sportlife.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi "Hoffenhaym"ın hücumçusu Merqim Berişanı transfer edib. 28 yaşlı almaniyalı forvardla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Merqim Berişa karyerası ərzində Avstriyada "Zalsburq", Türkiyədə "Fənərbağça", ölkəsində isə "Hoffenhaym"la yanaşı, "Auqsburq"un da formasını geyinib.


Paylaş: