"Qarabağ"ın yetirməsi I Liqada

  • Bu gün, 12:05

Azərbaycanın I Liqa təmsilçisi "Difai" "Qarabağ"ın yetirməsi Nihad Əliyevi transfer edib.

Sportlife.az xəbər verir ki, müdafiəçi artıq kollektivə qoşulub.

Qeyd edək ki, Nihad Əliyev "Qarabağ"ın U-10 komandasından əvəzedicilərinə qədər bütün yaş qruplarında çıxış edib. O, Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.


Paylaş: