Ronaldu "Əl-Nəsr"i boykot edir

  • Bu gün, 11:48

Kriştianu Ronaldu "Əl-Nəsr"dəki vəziyyətdən narazıdır və matçlarda oynamaqdan imtina edir.

Sportlife.az xəbər verir ki, portuqaliyalı futbolçu "Ər-Riyad"la növbəti oyunu buraxmaq niyyətindədir.

Forvard Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) klubu idarə etmə tərzindən narazıdır. O, həmçinin "Əl-Nəsr"ə investisiya qoyuluşunun azlığından şikayətlənir.

Ronaldu klub rəhbərliyinin, xüsusən də transfer bazarında daha aktiv olan "Əl-Hilal"la müqayisədə, "Əl-Nəsr"ə zərər verdiyinə inanır.

Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ildən "Əl-Nəsr"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.


Paylaş: