Lukman "Atletiko"ya keçir

  • Bu gün, 10:00

"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını "Atletiko"da davam etdirəcək.

Sportlife.az xəbər verir ki, Madrid klubu 28 yaşlı nigeriyalı futbolçu ilə razılığa gəlib.

Lukman artıq Madriddədir və tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

Fabrizio Romanonun sözlərinə görə, transfer "Atletiko"ya 40 milyon avroya başa gəlib.

Lukman 2022-ci ildən "Atalanta"da çıxış edirdi, İtaliya komandasında 137 oyunda 55 qol vurub və 27 məhsuldar ötürmə edib.


Paylaş: