Ərəblər "Barselona"nın qapıçısını istəyirlər

  • 25 Fevral 2024, 16:19

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını "Əl İttihad"da davam etdirə bilər.

Sportlife.az "Relevo"ya istinadla xəbər verir ki, Səudiyyə klubu yay transfer pəncərəsində qapıçının transferi üçün kataloniyalılara rəsmi təklif edəcək. “Əl İttihad” növbəti mövsüm çempionluq uğrunda mübarizə aparmaq üçün qapıçı mövqeyini gücləndirmək istəyir.

31 yaşlı alman 2014-cü ildən "Barselona"da çıxış edir. Bu mövsüm o, komandanın heyətində 21 oyun keçirib, 20 qol buraxıb.


Paylaş: