"Everton" yeni transferini açıqladı

  • 26 İyul 2024, 14:20

"Everton" Yesper Lindstremi heyətinə qatdığını açıqlayıb.

Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liverpul klubu 24 yaşlı danimarkalı futbolçunu "Napoli"dən satınalma şərti ilə birlikdə bir illik icarəyə götürüb. Vingerin satınalma məbləği isə 22.5 milyon avrodur.

Lindstrem ötən ilin yayında "Ayntraxt"dan "Napoli"yə keçmişdi. O, Neapol klubunda 29 oyuna çıxıb və fərqlənə bilməyib.


Paylaş: