"Fənərbağça" axtardığı oyunçunu Xorvatiyada tapdı
"Fənərbağça" Serbiyanın "Srvena Zvezda" komandasında çıxış edən Oqnyen Mimoviçlə razılığa gəlib.
Sportlife.az xəbər verir ki, Brayt Osayi-Samuellə yeni müqavilə imzalaya bilməyən "sarı-göylər" serb futbolçunu heyətinə qatmağa hazırlaşır.
Bazar dəyəri 4 milyon avro olan 20 yaşlı sağ cinah müdafiəçisi “Srvena Zvezda” akademiyasının yetirməsidir. O, müdafiənin solunda da oynaya bilər. Zaqreb təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi olan gənc futbolçu bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.