"Fənərbağça" milli üzvünü icarəyə göndərdi

  • Dünən, 13:13

"Fənərbağça"nın futbolçusu Bartuğ Elmazı mövsümün ikinci hissəsini Sloveniyada keçirəcək.

Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi icarə əsasında "Maribor"a keçib.

Əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu oyun praktikası qazanmaq üçün bu addımı atıb.

Qeyd edək ki, Elmaz Türkiyənin U-21 yığmasının da üzvüdür.


Paylaş: