Flik "Atalanta"dan çəkinir
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının əsas mərhələsində "Atalanta"ya qarşı keçirəcəkləri VIII tur oyunu barədə danışıb.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis İtaliya klubundakı həmkarı Can Pyero Qasperiniyə, onun işinə, oyun fəlsəfəsinə böyük hörmət bəslədiyini bildirib:
"Məşqçiyə güvənəndə, görün, nələrə nail olmaq olar. Onlar son illərdə inanılmaz irəliləyiş əldə ediblər. Qasperininin komandasına gətirdiyi oyun tərzini bəyənirəm. Bu, Avropa futbolunda unikaldır. "Atalanta" yaxşı oynayır və çoxlu qol vurur. Ehtiyatı əldən verməməliyik".
Qeyd edək ki, turnir cədvəlində "Barselona" 2-ci, “Atalanta” 7-cidir.