
Flik Qvardiolaya çata bilmədi
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Dortmund “Borussiya”sına uduzan (1:3) “Barselona”nın 24 oyunluq ardıcıl məğlubiyyətsizlik seriyasına son qoyulub.
Sportlife.az xəbər verir ki, kataloniyalılar sonuncu dəfə ötən il dekabrın 21-də La Liqada "Atletiko"ya uduzublar (1:2).
Komandanın baş məşqçisi Hansi Flik məğlubiyyətsizlik seriyasının uzunluğuna görə "Barselona"nın ilk 3 məşqçisi sırasına daxil ola bilməyib. O, Frank Raykardla 4-cü yeri bölüşür. İlk "üçlük"də Xosep Qvardiola (28), Ernesto Valverde (29) və Luis Enrike (39) yer alıb.