Hummels vaxt istəyib

  • 26 İyul 2024, 15:16

Azad agent olan Mats Hummels "Bolonya"dan vaxt istəyib.

Sportlife.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, daha öncə Bundesliqadan başqa heç bir yerdə oynamayan 35 yaşlı müdafiəçi düşünmək üçün İtaliya klubundan bir neçə gün zaman tələb edib.

Hummelsin bugünlərdə tibbi baxışdan keçəcəyi gözlənilirdi. O, karyerasında ancaq "Bavariya" və "Borussiya"da çıxış edib. Dortmund klubu onun başa çatan müqaviləsini uzatmayıb.


Paylaş: