
“İndi əsəbləşmək üçün heç bir səbəb yoxdur"
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Danimarka ilə Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu qalib gəlmək üçün əllərindən gələni edəcəklərini bildirib:
“İndi əsəbləşmək üçün heç bir səbəb yoxdur. Keçmiş keçmişdə qaldı, bu günə diqqət yetirmək, yaxşı məşq etmək, səylərimizi birləşdirmək vaxtıdır. Və hamımız məhz belə düşünməliyik. Buradakı bütün portuqallar öz ölkələri, millətləri ilə fəxr edirlərsə, belə düşünməlidirlər".
Qarşılaşma martın 23-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. İlk görüşdə danimarkalılar 1:0 hesabı ilə qalib gəlib.