İngiltərəli futbolçu "Bavariya"nın "radar"ında
"Bavariya" "Borussiya"nın futbolçusu Ceymi Qittensin inkişafını yaxından izləyir.
Sportlife.az "Sky" portalına istinadən xəbər verir ki, ingiltərəli futbolçu da bu marağın fərqindədir.
Lakin bu transferin yanvarda baş tutmaq ehtimalı yoxdur. Münhen klubu gənc oyunçunu izləməyə davam edəcək.
20 yaşlı Qittens cari mövsümdə bütün turnirlərdə 23 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.