
İnzaqi ehtiyatlı danışdı
"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Bavariya" üzərində səfər qələbəsini ( 2:1 ) şərh edib.
Sportlife.az xəbər verir ki, o, komandası ilə qürur duyduğunu bildirib: "Uşaqları təbrik etməliyik. Bu, şübhəsiz ki, yüksək səviyyəli nəticədir, sevincliyik. Biz yaddaqalan bir şey etdik, amma bunu yenidən "San Siro"da, azarkeşlərimizin qarşısında etməsək, heç bir mənası olmayacaq".
Qeyd edək ki, cavab oyunu aprelin 16-da baş tutacaq.