
İran millisi ruslara nə söz verdi?
İran milli komandası ən güclü futbolçularını Rusiya ilə yoldaşlıq görüşünə gətirməyə hazırdır.
Sportlife.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasından Rusiya mətbuatına bildirilib.
Qeyd olunub ki, matç 100 faiz oktyabrın 6-da Moskvada baş tutacaq: "Söz veririk ki, bütün ulduzlarımız həmin görüşdə iştirak edəcək. Yaxın vaxtlarda müqavilə imzalanacaq. Biz gözləyirik. Böyük ehtimalla oyun Moskvada keçiriləcək və artıq stadion seçilir. Bu matçın Lujnikidə baş tutması mümkündürmü? Belə bir ehtimal var".
Qeyd edək ki, İran DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsində A qrupunda birincidir.