İsrail UEFA-dan nə istəyir?

  • Dünən, 16:39

İsrail Futbol Federasiyası UEFA ilə qeyri-rəsmi danışıqlar aparır.

Sportlife.az xəbər verir ki, federasiya yığmanın 2026-cı il dünya çempionatının seçmə oyunlarını evdə keçirməsinə icazə istəyir.

Estoniya (22 mart) və Norveç (25 mart) ilə ilk iki oyunun Macarıstanın Debretsen şəhərində keçirilməsi planlaşdırılır. Bununla belə, mənbənin sözlərinə görə, İsrail Yaxın Şərqdəki vəziyyətin nizamlanmasının bu məsələyə müsbət təsir edə biləcəyinə ümid edir.

Norveç Futbol Federasiyası isə təhlükəsizlik səbəbi ilə İsrailə getməkdən imtina edə bilər.


Paylaş: