
Keçmiş klubuna "yox" dedi
Belçika milli komandasının sabiq baş məşqçisi Domeniko Tedesko "Şalke"nin təklifindən imtina edib.
Sportlife.az xəbər verir ki, yeddiqat Almaniya çempionu hazırda 2-ci Bundesliqada mübarizə aparır.
Tedesko aşağı liqa klubunda işləmək istəmədiyi üçün təklifə "yox" deyib.
Tedesko 2023-cü ilin fevralından 2025-ci ilin yanvarınadək Belçika millisini çalışdırıb. O, 2017-2019-cu illərdə isə "Şalke"də çalışıb.