Kyeza İtaliyaya qayıdır
"Liverpul"da istədiyi qədər oynaya bilməyən Federiko Kyeza yenidən İtaliyaya qayıdacaq.
Sportlife.az xəbər verir ki, "Napoli" 27 yaşlı futbolçuyla yaxından maraqlanır. Neapol klubu onu 6 aylıq icarə əsasında heyətinə qatmağı düşünür.
Kyeza ötən ilin yayında "Liverpul"a transfer olub. O, burada cəmi 4 oyuna çıxa bilib.