İtaliya Superkuboku "Milan"ın oldu

  • Dünən, 01:12

İtaliya Superkubokunun sahibi bəlli olub.

Sportlife.az xəbər verir ki, həlledici görüşdə "İnter"lə "Milan" üz-üzə gəlib. Matçın ilk hissəsinin sonlarında "göy-qaralar" hesabı açıb. Lautaro Martines fərqlənib.

Mehdi Taremi ikinci hissənin əvvəlində hesabı 2:0 edib. "Milan" qarşılaşmada geri dönüş etməyi bacarıb. Əvvəlcə cərimə zərbəsindən Teo Ernandes qapını dəqiq nişan alıb. Kristian Pulişiç və Temmy Abraham isə "rossoneri"yə kuboku gətirən qolları vurub.

"Milan" tarixində 8-ci dəfə İtaliya Superkubokunun sahibi olub. Onlar sonuncu dəfə bu uğura 2016-ci ildə nail olmuşdu.


Paylaş: