Almaniyalı futbolçu klubuyla müqavilə uzatdı

  • Dünən, 10:11

Almaniya millisinin sabiq üzvü Yulian Draksler klubu "Əl-Əhli" ilə müqaviləsini uzadıb.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun sözləşməsi 2028-ci ilin yayına qədər artırılıb.

Draksler 2023-cü ilin sentyabrından Qətər klubunda çıxış edir. O, cari mövsümdə 13 oyunda 6 qol vurub və 7 assist edib. 


Paylaş: