Deşam 2026-dan sonra olmayacaq

  • Dünən, 10:39

Fransa millisinin baş məşqçisi Didye Deşam vəzifəsindən nə vaxt ayrılacağını açıqlayıb.

Sportlife.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis 2026 Dünya Çempionatından sonra postunu tərk edəcək. O, bu barədə özü açıqlama verib.

Deşam 2012-ci ildən bəri yığmaya başçılıq edirdi. O, 2018-ci ildə fransızlara ikinci dünya çempionluğunu qazandırıb.


Paylaş: