“Sabah” ABŞ-li basketbolçu transfer etdi

  • 8 Yanvar 2025, 09:42

"Sabah" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Sportlife.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan Trey Sampsonla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Karyerasına ABŞ-də NCAA Liqasında başlayan 24 yaşlı oyunçu Bolqarıstan və İsveçrədə legioner həyatı yaşayıb.

Son klubu İsveçrə təmsilçisi “Lugano Tigers” olan T.Sampson hücumçu mövqeyində çıxış edir.


Paylaş: