Ronaldu Messi ilə fərqi artırır

  • Dünən, 11:00

“Əl-Nasr” Asiya Çempionlar Liqasının 1/8 final matçında İran “İstiqlal”ını 3:0 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun qollarından birini penaltini dəqiq yerinə yetirən Kriştianu Ronaldu vurub. Bu, portuqaliya ulduzun karyerasında 173-cü penalti qolu olub.

O, indiyədək peşəkar karyerasında ümumilikdə 204 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib ki, bunlardan yalnız 31-i qeyri-dəqiq olub.

"İnter Mayami"nin kapitanı Lionel Messi isə 140 penaltidən 109-nu qola çevirib.


Paylaş: