Lindelöf seçimini etdi

  • 1 Sentyabr 2025, 16:04

"Aston Villa" müdafiəçi Viktor Lindelöfü azad agent kimi transfer etməyə hazırlaşır.

Sportlife.az xəbər verir ki, 31 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi artıq başa çatıb. O, 2017-ci ildən bu komandada çıxış edirdi.

Qeyd edək ki, daha əvvəl Lindelöfün "Fiorentina"ya keçəcəyi bildirilirdi.

Ötən mövsüm müdafiəçi bütün yarışlarda 25 matçda çıxış edib, lakin qol vura bilməyib.


Paylaş: