
"Liverpul" 2 liderini saxlayacaq
"Liverpul" Məhəmməd Salahla yeni müqavilə imzalamağa yaxındır.
Sportlife.az xəbər verir ki, danışıqlar artıq yekun mərhələdədir. Klub 33 yaşlı müdafiəçi və komandanın kapitanı Vircil van Deykin də komandada qalacağına əmindir.
Salah bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 55 milyon avrodur.
Van Deyk isə 43 matçda 3 qol vurub və 1 assistlə yadda qalıb. Dəyəri 28 milyon avro qiymətləndirilir.