"Mançester Siti"dən "İnter"ə

  • 1 Sentyabr 2025, 17:56

"Mançester Siti"nin və İsveçrə millisinin müdafiəçisi Manuel Akanci karyerasını A seriyasında davam etdirəcək.

Sportlife.az xəbər verir ki, 30 yaşlı futbolçu “İnter”ə icarəyə verilib.

Futbolçunun 1 illik icarəsi milanlılara 2 milyon avroya başa gələcək və "neradzurri" onun maaşının bir hissəsini də öz üzərinə götürəcək. Mövsümün sonunda isə "İnter" futbolçunu 15 milyon avroya birdəfəlik ala bilər.


Paylaş: