"Mançester Yunayted" və PSJ Osimhenin transferi üçün yarışacaq

  • 4 Mart 2024, 22:07

"Napoli"nin hücumçusu Viktor Osimhenin alınmasına əsas namizədlər məlum olub.

Sportlife.az “The Independent”ə istinadla xəbər verir ki, 25 yaşlı futbolçunu bu yay transfer etməyə əsas namizədlər PSJ və “Mançester Yunayted”dir. Nigeriyalının müqaviləsində təzminat məbləği göstərilib - 110 milyon avro.

Mənbənin məlumatına görə, Osimhenlə "Çelsi" və "Arsenal" da maraqlanır. “Mançester Yunayted”in həmsahibi Cim Ratkliff futbolçunu yaxın bir neçə il ərzində klub üçün ideal hücumçu kimi görür. PSJ isə yayda "Real Madrid"ə keçəcək Kilian Mbappenin yerinə Osimheni nəzərdən keçirir.


Paylaş: