
Mbappeyə nə olub?
"Real"ın baş məşqçisi Xabi Alonso Kilian Mbappenin klublararası dünya çempionatında "Əl-Hilal"la matçda iştirak etməməsinə aydınlıq gətirib.
Sportlife.az xəbər verir ki, ispan mütəxəssis bunun xəstəliklə bağlı olduğunu bildirib:
"Son iki gündə özünü çox da yaxşı hiss etmir, xəstədir. Növbəti oyuna kimi qayıdıb-qayıtmayacağını bilmirəm. Görəcəyik".
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Kral klubu" növbəti matçını iyunun 22-də Meksikanın “Paçuka” komandasına qarşı keçirəcək.