
Messi yığmaya çağırıldı
"İnter Mayami"nin futbolçusu Lionel Messi 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunları üçün Argentina millisinə çağırılıb.
Sportlife.az xəbər verir ki, baş məşqçi Lionel Skaloni ulduz oyunçunu Çili ilə səfər və Kolumbiya ilə ev matçlarına dəvət edib.
Qarşılaşmalar, müvafiq olaraq, iyunun 4-ü və 7-də keçiriləcək.
Qeyd edək ki, Messi zədə səbəbindən seçmə mərhələnin əvvəlki iki seçmə oyununu buraxıb