Millinin yeni baş məşqçisi müəyyənləşib

  • Bu gün, 16:40

Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, bu posta İngiltərənin “Kristal Pelas” klubunun sabiq futbolçusu Toni Popoviç təyin olunub.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Popoviç bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib. Sabiq baş məşqçinin rəhbərliyi altında Avstraliya yığması DÇ-2022-nin 1/8 finalına qədər irəliləyib və burada Argentinaya uduzub.


Paylaş: