Türkiyəli sabiq basketbolçu dünyasını dəyişib

  • Bu gün, 18:02

Türkiyə millisinin sabiq basketbolçusu Asım Pars dünyasını dəyişib.

Sportlife.az xəbər verir ki, o, Bosniya Herseqovinadakı evində ölü tapılıb. Ölüm səbəbi araşdırılır.

Asım Pars karyerası boyunca "Qalatasaray", "Efes", "Ülkerspor" və "Fənərbağça" kimi komandalarda çıxış edib. O, 2001-ci ildə Avropa Çempionatında ikinci olan Türkiyə millisinin üzvlərindən biri idi.


Paylaş: