"Bu gün vacib qələbə qazandıq"

  • Bu gün, 14:39

"Milan" İtaliya A Seriyasının V turunda səfərdə "İnter"i məğlub edib.
 
Sportlife.az xəbər verir ki, "rossoneri" yeddi matçdan sonra əzəli rəqibini məğlub etməyi bacarıb. Qarşılaşmadan sonra "Milan"ın yeni forvardı Tammi Abraham görüşü dəyərləndirib.
 
"Biz çox xoşbəxtik. Onların yaxşı komanda olduğunu bilirik, lakin bu gün biz inamla, cəsarətlə və ehtirasla oynadıq. Biz belə davam etməliyik".
 
"Fərqli nəsə bir şey gördüm? Bizim üçün çox vacib matç oldu. İndi bundan həzz almaq və dincəlmək lazımdır. Mən çətin vaxtlardan keçirdim, zədədən qayıdırdım və bu gün vacib qələbə qazandıq".

Paylaş: