"Bəzən alınmadı, amma mən əlimdən gələni etdim" - Emin Mahmudov

  • Bu gün, 00:15

"Neftçi"nin futbolçusu Emin Mahmudov kapitanlığının alınmasına münasibət bildirib.

Sportlife.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib:

“Bildiyiniz kimi, artıq “Neftçi”nin kapitanı deyiləm. Altı il ərzində bu kluba kapitanlıq etmişəm və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da, sevincli anlar da, kədərli anlar da az deyil. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün əlimdən gələn qədər çalışdım. Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək görmüşəm, buna görə də hər birinizə təşəkkür edirəm”.

Xatırladaq ki, "ağ-qaralar"ın yeni kapitanı Ramil Şeydayev olub.


Paylaş:

Xəbər lenti