Kurban Berdıyev: “Rəqibimiz qələbəyə daha çox layiq idi”

  • Dünən, 20:54

- Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma bildirdim.

Sportlife.az xəbər verir kibu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Araz-Naxçıvan"a məğlub olduqları görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Komanda bu məğlubiyyətdən hansı nəticələri çıxarmalıdır?

- Komanda 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır.

- Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?

- Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi.

- Aleks Souza zədələnib. Hücumda sıxıntı hiss edirsiz?

- Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbol zədəsiz qaçılmazdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. "Araz-Naxçıvan" bizi bir çox komponentdə bizi üstələdi.


Paylaş:

Xəbər lenti