UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirildi

  • Dünən, 12:25

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

Sportlife.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, dörd gün davam edən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.

Qeyd edək ki, məşqçi kursunun I modulu avqustda keçirilib. III mərhələ 30 sentyabr – 3 oktyabr, IV mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr tarixlərində baş tutacaq.


Paylaş:

Xəbər lenti